Bakının ən alicənab dilənçisi - FOTO

10-06-2015, 19:12   

Bakı küçələrində, bəlkə də, dünyanın ən alicənab dilənçisi dolaşır. O dilənçi ki, əməli ilə səxavəti bir-birinin tam əksidir.

Yaşlı dilənçi qadına Bakı küçələrində çoxları rastlaşıb. Ona pul verənlər də olub, olmayanlar da. Maraqlısı odur ki, həmin qadın ona pul verən şəxslərin pulunu geri qaytarır, həttə öz diləndiyi puldan da verir.

Sosial şəbəkələrdə həmin qadın haqqında yazılmış şərhi olduğu kimi təqdim edirik: "46 nömrəli marşrutla Neapola tərəf gedirdim. Yolda bu qadını gördüm düşdüm, Əhmədlidə olur "Çuda-peçka" ilə "Makdonalds"ın ortasında yerləşən parkda olur, dilənçi deyil, qurumuş çörək yeyirdi, pul təklif etdim yemək təklif etdim cavab olaraq, "Allaha and olsun heç nəyə ehtiyacım yoxdur " dedi. 2 dönər aldım verdim və pul da verəndə cibindən 7-8 manat mənə pul uzatdı, dedi "sən cavansan ehtiyacın olar, mənim pula ehtiyacım yoxdur". Mənə çox pis təsir etdi".

Gülər
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar