ABŞ senatoru Kelli Eyot Rusiyanı geri addım atmağa məcbur etmək üçün Ukraynanı silahlandırmağı təklif edib. Axar.az xəbər verir ki, Moskvanın orta mənzilli nüvə silahlarının ləğvinə dair sazişi pozduğunu deyən xanım Eyot Rusiya ilə başqa cür danışmağın mümkünsüz olduğunu qeyd edib: “Rusiyanı geri addım atdırmaq üçün başqa cavabımız yoxdur. Bir şey etməsək, Rusiya davranışını dəyişməyəcək. Bəlkə də Ukraynanı silahlandırmalıyıq. Belə olan halda özümü daha yaxşı hiss edərdim”. Xatırladaq ki, 1987-ci ildə imzalanan orta mənzilli nüvə silahlarının ləğvinə dair saziş 500-5500 km məsafəli nüvə başlıqlı raketlərin sınağını qadağan edir. Bununla bərabər ABŞ hər il Rusiyanın müqaviləni pozduğunu iddia edir. .