Bakıda qəzaya düşən avstriyalı idmançıların 2-si Vyanaya aparıldı

11-06-2015, 16:53   

Bakıda sabah açılan I Avropa Oyunlarında yarışacaq üç avstriyalı atlet cümə axşamı günü səhər "Atletlər kəndi"ndəki nəqliyyat ərazisində baş verən qəza nəticəsində zədə alıb.

Bu xəbəri Avstriya Olimpiya Komitəsi BBC-ə təsdiqləyib. Onların rəsmi bəyanatında deyilir: "Bu gün - cümə axşamı yerli vaxtla səhər saat 8:30-da Avstriya sinxron üzgüçülük komandasının üç üzvü maşın qəzasına düşüb. Qızlar Olimpiya Kəndində səki ilə gedərkən, avtobus onları vurub".

Komitə bu xəbərdən şokda olduğunu deyib.

"Biz bu hadisədən şoka düşdük və bütün lazımi tədbirləri aldıq" - deyə komitənin baş katibi Peter Mennel deyib.

Avtobusla vurulan atletlərdən Vanessa Sahinoviçin "ciddi zədə" aldığı və bir neçə yerdən sümüklərinin qırıldığı xəbər verilir. Onun nevroloji müalicə üçün Vyanaya təcili yardım təyyarəsi ilə aparıldığı bildirilir.

Üzgüçü Luna Payer qollarından zədə alaraq Vyanaya aparılıb. Verena Breitin zədəsi ağır olmadığından bu gün "atletlər kəndi"nə qayıdır.

* * *14:10

Bakıdakı Atletlər kəndinin Nəqliyyat deposunda yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə Avstriya idmançıları xəsarət alıblar.

Virtualaz.org bildirir ki, məlumatı “Bakı-2015”in Əməliyyat Komitəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, 3 nəfər xəsarət alıb və onlar dərhal xəstəxanaya çatdırılıb.

İnsidentlə bağlı daha müfəssəl məlumat veriləcək.
Bakıda qəzaya düşən avstriyalı idmançıların 2-si Vyanaya aparıldı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar