Meydana kürd bayrağıyla çıxan dünya çempionumuz danışdı (FOTO)

11-06-2015, 23:00   
Meydana kürd bayrağıyla çıxan dünya çempionumuz danışdı (FOTO)
Sosial şəbəkələrdə əlbəyaxa döyüş üzrə 4 qat dünya çempionu Anar Süleymanovun yarışların birində arenaya kürd bayrağı ilə çıxdığı ilə bağlı fotolar yayılıb.

ANS PRESS-in məlumatıhna görə, fotolarda idmançının formasının sol tərəfində Azərbaycan bayrağı, sağ tərəfində isə kürd bayrağı açıq-aydın görünür.

Dörd qat dünya çempionu həm də yerli telekanalların çəkdiyi seriallarda rol alıb. A.Süleymanov çəkildiyi bir serialda polis kapitanı rolunu oynayıb.

Günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunan və etiraza səbəb olan hadisə ilə bağlı Anar Süleymanov "facebook"da aydınlıq gətirməyə çalışıb. Onun yazdığı statusu olduğu kimi təqdim edirik:

“Çox xajiş edirəm, bir məlumatı paylaşanda işinizin xətrinə deyil, Allaha xatir, halal ve oldugu kimi yazın.
Son zamanlar mənim haqqımda döyüşə kürd bayrağıyla cıxmagımla baglı qara piar yayılıb. Bu məsələyə aydınlıq gətirim ki, mənim haqqım yeyilməsin. Azərbaycanda hər zaman çoxsayli millətlər yaşayıb. Məsələn; kürd, talıs, tatar və s.. Bu yarış ötən il istirahət mərkəzlərinin birində baş tutmuşdur və bu yarışda mənə azarkeşlik etmək üçün Lacın rayonunun kürd əsilli kəndlərindən olan Kamallı ve Minkənddən mənim həmkəndlilərim gəlmişdilər. Onlar bu idman geyimini mənə hədiyyə gətirmişdilər. Orda sol sinədə Azərbaycanın, sag sinədə isə Kürd millətinin bayrağı yer alıb. Azərbaycanda yasayan kürdlər Azərbaycanı sevərək bayragların yanaşı durmasından qurur hissi keçirir. Buna əsl qardaşlıq demək olar”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar