Qərb Azərbaycana qarşı genişmiqyaslı hücum kampaniyasını davam etdirir.
Hər gün Qərb KİV-lərinin başlıqlarına, beynəlxalq insan haqları təşkilatlarının, Avropa Parlamentinin, ATƏT-in, digərlərinin bəyanatlarına nəzər salanda sanki belə təsəvvür yaranır ki, dünyada Azərbaycandan başqa problemli ölkə qalmayıb. Sanki Qərb dairələri bütün təbliğat gücünü Azərbaycana qarşı yönəltməklə dünyada demokratiyanın qalib gəlməsi yolundakı sonuncu maneəni aradan qaldırmağa çalışır.
Virtualaz.org saytının da dəfələrlə vurğuladığı kimi, müxtəlif qəzetlərin, ABŞ xüsusi xidmət orqanlarından təlimatlandırılan “araşdırmaçı” jurnalistlərin yazıları, Avropa Parlamentinin zalında maskarad təşkil edən parlamentarilərin çıxışları - bütün bunlar Azərbaycan hakimiyyətini nüfuzdan salmağa hesablanıb. Və Bakıda bu gün başlayan Avropa Oyunları bu dairələrə bəhanə verib.
Lakin Azərbaycan hakimiyyəti bütün bu təzyiqlərin heç birinə məhəl qoymur. Əliyev hakimiyyəti bütün imkanlarını səfərbər edib Bakıya qarşı hücumlar təşkil edən Qərb çevrələrinin qarşısında əyilmir, nəinki əyilmir, hətta bu hücumlara sərrast cavablar da verir.
Digər tərəfdən, bu hücumlara necə məhəl qoyasan ki, Azərbaycanın üzərinə gələnlərin başında istənilən normal cəmiyyətdə tullantı kimi qəbul edilən, mənəviyyat və əxlaq normalarından uzaq adamlar, geylər və lesbiyanlar, korrupsionerlər və rüşvətxorlar, mafiozlar və hər cür qaranlıq əməllərdə adı keçənlər dayanıb.
Azərbaycana qarşı hücumların arxasında hansı siyasi maraqların dayandığını nəzərə alanda bu hücumlardan təəccüblənmək olmur, ancaq sual yaranır: doğrudanmı Qərbdə normal diplomat, parlamentar, siyasətçi tapılmadı ki, mühafizəkar müsəlman ölkəsinə qarşı geyləri, lesbiyanları, biseksualları və Azərbaycanda özünə hörmət edən istənilən kəsin əl verib görüşməyi özünə rəva bilmədiyi digər bu kimi tipləri yönəldiblər?
Yaxud Qərb siyasətçiləri o qədərmi korlanıblar ki, korrupsiyada ittiham etdikləri hökumətə qarşı çıxmaq üçün təmiz siyasətçi tapa bilmirlər və bu işə Soros kimi dələduz-şullerləri, Aydın Doğan kimi mafiozları, rüşvətxor deputatları və digərlərini qoşublar?
Qərbdə nəzər almırlarmı ki, Azərbaycan hakimiyyətini tənqid edənlərin lesbiyan və ya gey partnyoru ilə qucaqlaşdığını, yaxud eynicinsli nikaha girdiyini əks etdirən şəkilləri internetdən tapıb baxan kimi onların nə danışmasından asılı olmayaraq dedikləri əks-təbliğat effekti verəcək?
Sual yaranır: Azərbaycanda alman Martin Şultsun, Avropa Parlamentinin prezidentinin ifşaedici nitqini kim qəbul edəcək?
Hələ onun alkoqolik keçmişini bir kənara qoyaq. Axı Şults özü də kristal kimi təmiz adam deyil. Məhdud çevrələrdə Şultsun MDB respublikalarından birinin başçısından hər ay haqq aldığını axı yaxşı bilirlər. Və Şults həmin MDB ölkəsi prezidentinə qarşı Brüsseldə alovlu nitqlərlə çıxış edəndə və qətnamələr hazırlayanda həmin prezidentin necə heyrətə gəldiyini təsəvvür etmək çətin deyil.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni özü də təmiz adam deyil, ancaq onun Avropa İttifaqının sammitlərindən birində Şultsun üzünə dediyi bu sözləri yaxşı xatırlayırlar: “Bu adam konslager nəzarətçisinə oxşayır”.
Yaxud Avropanın LGBT hərəkatının lideri olan avroparlamentar Ulrike Lunaçek Azərbaycan hakimiyyətini nə qədər tənqid edir etsin, onun sözünün nə dəyəri olacaq axı? Azərbaycanda sıravi Məmmədov və ya Əliyev Lunaçekin lesbiyan olduğunu bilən kimi üzünü çevirib, üstəlik onun ünvanına bir-iki yağlı ifadə işlədib onun bəyanatını dinləmədən uzaqlaşmayacaqmı?
Həmin Lunaçekin ki, Avropa Parlamentində seksual azlıqlara az qala normal seksual oriyentasiyaya malik insanlardan üstün haqlar verməyə çağıran qətnamə layihəsi ilə çıxış edəndə hətta Avropanın özündə ikrah doğurmuşdu.
Hələ bu ultraliberal avropalıları bir kənara qoyaq. ABŞ kimi superdövlətə, kifayət qədər mühafizəkar cəmiyyətə malik olan ölkəyə nə deyəsən?! Bəyəm bu ölkədə bir nəfər də olsun kişi tapılmadı ki, Azərbaycanın üstünə ABŞ-ın ATƏT-dəki səfiri, gey Daniel Bayeri göndərdilər?
Qeyd etmək lazımdır ki, mənəvi dəyərlərin sürətlə deqradasiyaya uğradığı Qərb cəmiyyətlərində hökm sürən tendensiya ABŞ-dan da yan keçmir. ABŞ-ın bəzi ştatlarında artıq eynicinsli nikahlara icazə verilib, lakin diplomatik xidmətdə və orduda, o cümlədən kəşfiyyat strukturlarında cinsi azlıqlara faktiki olaraq yer yoxdur. Belələrini ya sakitcə xidmətdən uzaqlaşdırırlar, ya onlar özləri gey, yaxud lesbiyan olduqlarını gizli saxlayıb işləyə bilirlər.
Bu baxımdan ABŞ-ın ATƏT kimi mühüm təşkilatdakı səfirinin gey olduğunu çoxdan açıq etiraf edən, hətta ötən il ərə gedən Daniel Bayer olduğunu eşidəndə azərbaycanlılar necə təəccüblənməsin?
Bəli, ATƏT-in Bakıdakı layihə koordinatoru Aleksis Şahtaxtinskini Əliyev hakimiyyətinə qarşı işləməyə məcbur etmək istəyən, bu məqsədlə ona hər cür təzyiqlər göstərən, hətta onu Azərbaycan prezidenti ilə foto çəkdirdiyinə görə qınayan Bayer gey ola ola superdövləti aparıcı beynəlxalq təşkilatlardan birində təmsil edir və mühafizəkar müsəlman cəmiyyətinə öz dəyərlərini sırımağa çalışır.
Həmin Bayer ki, ötən il partnyoru Brayan Ualşa ərə gedib və öz toyu haqda təntənəli şəkildə elan edib.
Bayer ərə getdiyini Twitter-dən təntənəli şəkildə elan edərək yazırdı: “Beləliklə, mən bu gün səhər ərə getdim. Barak Obamaya, Hillari Klintona və Con Kerriyə bərabərliyə olan sadiqliyinə görə təşəkkür edirəm”.
2013-cü ildə prezident Barak Obama Daniel Bayerin ATƏT-dəki missiyanın rəhbəri təyin edəndə bu təyinat Amerikanın özündə də birmənalı qarşılanmamışdı. Aparıcı qəzetlər bu təyinatı heyrətlə qarşılayaraq “Obama gey olduğunu açıq deyən diplomatı ATƏT-ə göndərir” başlıqları atmışdı.
Və Daniel Bayer Obamanın diplomatik vəzifələrə təyin etdiyi 5 açıq geydən biridir. Amerika prezidentinin bir-birinin ardınca “mavi”ləri səfir göndərməsinə heç onun ölkəsində də çoxları anlam verə bilməmişdi.
Bəyəm Amerika diplomatiyası ancaq geylərin ümidinə qalmışdı? Axı ABŞ-da diplomatik xidmət bu ölkənin dünya hegemonluğunu təmin etmək üçün ən vacib strukturlardan biridir, bəlkə də birincisidir?
Amerika diplomatiyasının indi istefada olan, vaxtilə SSRİ-ni çökdürən, Latın Amerikasında çevrilişlər təşkil edən qırğıları Daniel Bayerə baxıb başlarını bulamasınlar, neyləsinlər?
Virtualaz.org