Azərbaycanlı milyonçuların sevdiyi məkan (FOTO)

12-06-2015, 15:10   

Azərbaycanlılar şeyxin saray otelində. Dubay baş naziri Şeyx Məhəmməd Bin Raşid Əl Maktumun tikdirdiyi və dünyanın lüks otel zəncirlərindən olan "Jumeirah Group" tərəfindən Bodrumda inşa edilən və saraydan geri qalmayan otel turizm mövsümünə hazırdır.

Lüks kateqoriysından olan oteldə 135 otaq və 6 yataq otaqlı bir saray var.

Otelin baş direktoru Mete Atakumanın sözlərinə görə, artıq dnyanın dörd bir yanından otaqlar rezervasiya edilməyə başlanılıb.

"Özəlliklə uzun müddətli villalarımıza rəğbət böyükdür. Azərbaycan, Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanından tələb böyükdür".

Məlumata görə, şeyx Məhəmməd Bin Rəşid əl Maktum gələn ay 160 metr uzunluğundakı 350 milyon dollarlıq "Azzam" adlı yaxtasında qızı şahzadə Şeka Mahra ilə birlikdə Bodruma gələrək açıq və qapalı hovuzu, saunası, türk hamamı olan saray yavrusu villasında qalacaq.



Azərbaycanlı milyonçuların sevdiyi məkan (FOTO)


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar