"Ərdoğan erkən seçki barədə qərar verdi" - İddia

12-06-2015, 15:53   

Türkiyədə 45 gün ərzində koalisiya hökuməti qurulmayacaq və erkən seçki keçiriləcək.

Axar.az xəbər verir ki, bu sensasiyalı iddia ilə Türkiyənin “Tərəf” qəzeti çıxış edib.

Qəzetin xəbərinə görə, 7 iyun parlament seçkisindən sonra Prezident Sarayı sorğu keçirib və AKP-nin səslərinin yeni seçkidə artacağı məlum olub.

Buna görə də 45 gün ərzində ölkədə koalisiya hökumətinin qurulmaması üçün bütün variantlardan istifadə olunacaq və erkən seçkiyə gediləcək.

Artıq erkən seçkinin keçirilməsi ilə bağlı hazırlıqlara başlanıldığı bildirilir.

Qeyd edək ki, Türkiyədə 45 gün ərzində koalisiya hökuməti qurulmazsa, erkən seçki keçiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar