İngiltərədə 20 yaşlı qadın kütləvi şəkildə zorlanıb. Anspress-in məlumatına görə, işdən evə gedərkən axşam saatlarında təcavüzə uğrayıb.
Qadın metrodan çıxarkən 7 kişi onu izləyib. Oğlanlar qadını yaxalayıb və yerə yıxıblar. Kişilər qadını növbə ilə 4 saata qədər zorlayıblar. Daha sonra qadını çılpaq halda küçəyə atıblar.
Qadını küçədən keçənlər aşkarlayıb və polisə xəbər veriblər. Qadının şikayəti əsasında ona təcavüz edənlərin kimliyi məlum olub.
Müəyyən edilib ki, təcavüz edənlərdən biri azyaşlıdır. Onun 13 yaşı var. Ən yaşlısının isə 41 yaşı var.
Qadına təcavüz edənlər saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az