Xədicə İsmayılovdan ŞOK ETİRAFLAR

12-06-2015, 20:25   
Xədicə İsmayılovdan ŞOK ETİRAFLAR
Azadlıq Radiosunun əməkdaşı, bir sıra cinayətlərdə suçlu bilinərək istintaqa cəlb edilmiş Xədicə İsmayılovanın əməkdaşı olduğu media qurumunun redaktoruna məktub ünvanlayıb. SİAhəmin məktubun mətnini oxuculara təqdim edir.

Redaktora:

Cümə günü keçiriləcək Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar dünyanın gözü mənim artıq çoxdan Vətən hesab etmədiyim Azərbaycandadır. İndi burada turistlər və atletlər açılış mərasiminin şousundan həzz alacaqlar, beynəlxalq ictimaiyyət isə bunu evdə televiziyada izləyəcək.


Amma mən oyunları görə bilməsəm də, havanın necə olduğu, Bakıda nəqliyyatın necə işlədiyi barədə dəqiq məlumatım var. Mənim hər hansı informasiya əldə etmək kifayət qədər böyükdür. Mən hətta Kürdəxanıdakı həbsxananın kiçik hücrəsində - son altı aydır evim olan yerdə oturub “New York Times”-ə məktub da yazıram.


Mən Azərbaycana qarşı qarayaxma kampaniyasının keçirilməsi ilə bağlı ABŞ-dan ən yüksək səviyyədə verilmiş tapşırıqları canla-başla icra edən, amma özümü də unutmayan, göndərilən vəsaitlərin bir hissəsini mənimsədiyimə, qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyimə, vergidən böyük məbləğlər yayındırdığıma görə həbs olunmuş jurnalistəm. Amma mən tək deyiləm. Mənimlə yanaşı ermənilərlə işbirliyində olanlar, xaricdən gələn qrantları özününküləşdirənlər, narkomanlar, üsyançı-inqilabçılar da var ki, Sem dayının tapşırıqlarını icra etdiklərinə görə “siyasi məhbus” yarlığı alıblar. Biz uzun illər idi ki jurnalist, insan hüquqları müdafiəçisi, gənc fəal, siyasətçi və başqa adlar altında yaxşıca mackalansaq da, sonda ifşa olunduq və hədəf seçildik. Azərbaycanın bizi kimi ən pis və mənəvi cəhətdən ən çox şikəst olan insanları həbs edilərək Avropa Oyunlarından uzaqlaşdırılıblar. Onlar bizim törətdiyimiz cinayətkar əməlləri görmək, dilə gətirdiyimiz təhlükəli yalanları eşitmək istəmirlər.


Həqiqət budur ki, Azərbaycanda insan hüquqları mövzusundan sui-istifadə edərək dövlətin üzərinə getmək fəaliyyəti böhrandadır. Vəziyyət həmişəkindən daha pisdr. Yuxarıdakılar şəffaflaşdıqca, sadə insanların da işləmək, yaşamaq və azadlıq uğrunda mübarizə aparmasına ehtiyac qalmır. Biz xaricdəki havadarlarımız və tərəfdaşlarımızla bütün bunlara qarşı birgə mübarizə aparmalıyıq.


Mən mübarizəmi burada-həbsdə həyata keçirirəm. Sadiq həmkarlarım sayəsində mənim dövlətin əsaslarını sarsıtmaqla bağlı apardığım təhqiqatlar davam edir. Mən həbslə, cinayətkar olduğum üçün cəzalandırılmışam, azadlıqdan məhrum edilmişəm və ailəmi, hüquqşünaslarımı görmək belə istəmirəm. Satılıblar it usagı. Hücrədə bayır üçün yazdığım instruksiyalar əlimdən alınıb. Daha əvvəl dediyim kimi, əgər bu ödənməli qiymətdirsə, ödəməyə dəyər.


Bu gün mən üzümü beynəlxalq ictimaiyyətə tutub deyirəm: Azərbaycan hökumətinə icazə verməyin ki, demokratikləşsin, daha da müstəqil siyasət yürütsün və sizin diqqətinizi özünün inkişaf planlarından yayındırsın. 5-ci kolonu

gücləndirməkdə, satılmış xəyanətkarlar üçün vuruşmağa davam edin. Haqsızlıq və pislik üçün mübarizə aparmağa davam edin. Daha yüksək səslə daha geniş auditoriya üçün. Azərbaycan xalqını əmin edin ki, əgər siz deyən olmasa, onun dövlətini çökdürüb özünü də zəlil günə qoyacaqsınız.


Və xahiş edirəm, təkcə mənim azadlığımı istəməyin: bütün dəllallaraın azad olunmasını tələb edin. Azərbaycanda 5-ci kolonun “hamını söymək azadlığı” naminə ayağa qalxın. Xəyanətkarların, milli satqınların, ermənilərdən artıq ermənilərin naminə ayağa qalxın.

Xədicə İsmayılova
Bakı, Azərbaycan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar