Artıq müəllimlərin yerdəyişməsinin elektron ərizə qəbulunun vaxtı başa çatıb.10 gün davam edən elektron ərizə qəbulu zamanı 3283 nəfər müraciət edib
Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı elektron ərizə qəbulu yekunlaşıb.
3283 nəfər müraciət edəndən yalnız 1308 nəfərin ərizəsi qəbul olunub.
Şöbə müdirinin sözlərinə görə, ən çox vakant 467 yerlə Bakıda sonra isə Cəlilabad və Qubadadır.
Ərizəsi qəbul olan müəllimlər iyunun 16-da İqtisad Universitetində test mərhələsindən keçəcəklər.Və bu imtahandan da keçənlərlə iyunun 17-də müsahibə təşkil olunacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il test suallarının sayında dəyişiklik var
Kənd yerlərində çaşılan və həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəllimlərin keçid balı isə 36 baldır. Yenidən müəyyənləşdirilən vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu iyulun 1-dən 15-dək davam edəcək.