Xəbər verdiyimiz kimi, yanvarın 28-də Tovuzun Əlibəyli kəndində saxlanılan Ermənistan vətəndaşı Mamuko Xocayan Ermənistana geri qaytarılandan sonra ölüb.
Virtualaz.org azvision.az-a istinadən bildirir ki, bu xəbər KİV-lərin manşetlərinə çıxmamış, erməni təxribatçıları bütün dünyaya Mamikonun guya Azərbaycanda zəhərləndiyi xəbərini yaymağa başladılar. Ermənilərin iddialarına görə, Mamikonun cəsədi ekspertizaya verildikdən sonra onun qanında həyat üçün təhlükəli maddə, bədənində isə işgəncə izləri-əzik və sınıqlar aşkarlanıb.
Bu yalanı ilk yayan Ermənistanın birinci ombudsmanı, Əsir və Girovlarla bağlı Dövlət Komissiyasının üzvü Larisa Alaverdiyan məsələ ilə bağlı Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinə veriləcəyini bildirib. Artıq ermənilər bu məqsədlə yerli həkimlərin bütün ”tapıntıları” əsasında saxta sənədlər toplamağa başlayıblar.
Xatırladaq ki, Qırmızı Xaç nümayəndələrinə çoxsaylı müsahibələrində Mamikon Xocayan, hər dəfə Azərbaycanda ona onunla yaxşı rəftar olunduğunu və özünü yaxşı hiss etdiyini təsdiq etmişdi. Martın 4-də Azərbaycan M. Xocayanı Ermənistana təhvil verəndən sonra isə işgəncəyə məruz qaldığını deməyə başladı.
Lakin ağılı başında olan hər kəs, ermənilərin 77 yaşlı qocaya zəhər verildiyi ilə bağlı yalanlarına uymaz. Hər şeydən əvvəl ona görə ki, 77 yaşlı qocanın Azərbaycana göndərilməsinin özü bir təxribatdır. Ermənilər bunu düşünülmüş şəkildə ediblər ki, sonradan Azərbaycanı hətta qocalara da işgəncə verən qəddar bir ölkə kimi təqdim etsinlər. Ancaq dəfələrlə bu cür hallarla rastlaşan Azərbaycan, erməni təxribatlarına uymayacaq qədər təcrübə qazanıb.
İkincisi, əgər Xocayanı Azərbaycanda zəhərləmişdilərsə də, onda nə üçün Ermənistana qaytardılar, onu Bakıda saxlayıb daha sonra “infarktdan öldü” demək daha asan olmazdımı?
Görünür, ermənilərin məntiqi bunları düşünəcək qədər dərin deyil, buna baxmayaraq yaranmış vəziyyətdən istifadə edərək onlar Azərbaycana qarşı təxribatlarına davam edəcəklər.
* * * 00:27
Azərbaycanda bir aya yaxın əsirlikdə olan Mamikon Xocayan 77 yaşında Ermənistanda dünyasını dəyişib. Bu barədə məlumatı News.am yayıb.
Onun ailəsi Xocayanın ölümündə Azərbaycan tərəfini günahlandırır. Musavat.com bildirir ki, ailə üzvlərinin sözlərinə görə, 77 yaşlı kişi qəfildən ölüb. Müstəntiqlər Mamikon Xocayanın cəsədini ekspertiza üçün İrəvana aparacaqlar.
Virtualaz.org saytının xəbərinə görə, erməni nəşrləri indi bu olay ətrafında hay-küy salmağa çalışır. Onların iddiasına görə, Xocayan Azərbaycanda olanda guya zəhərlənib.
İki səbəbdən çox sarsaq iddiadır. Əvvəla, bir versiyaya görə, təxribat üçün göndərildiyi istisna edilməyən bu qoca ermənini öldürmək lazım gəlsəydi, onu elə dərhal, sərhədi keçəndə isti-isti gəbərtmək olardı. Yaxud onu burada uzun müddət əsirlikdə saxlayanda ac-susuz qoyub, müalicə etməyib əldən salmaq olardı. Azərbaycan tərəfi isə bu təxribata getmədi. Xocayan özü də Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri ilə söhbətində Azərbaycanda ona insani münasibət bəslənməsindən dəfələrlə söz açıb. Özü də bunu təkcə burada olanda yox, qayıdandan sonra da etiraf edib!
İkincisi, 77 yaşa qədər yaşamaq və təbii ölümlə ölmək tibbi-bioloji normalara da zidd deyil. Bu dığa 127 il yaşamalı idi ki?! Haçansa ölməli idi təbii ki... Amma erməni sərsəmliyinin və məkrinin hüdudu yoxmuş. Onlar bundan da Azərbaycana qarşı istifadə etməyə çalışır. Təbii ki, əbəs yerə.
Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.