Azərbaycanda məktəb direktoru 1 manata görə şagirdi 5 saat girov saxladı- Şok

21-05-2014, 11:41   

Sumqayıt şəhəri 38 saylı məktəbin direktoru Nadir Atakişiyev 6-cı sinif şagirdini 1 manat pul üstündə cəzalandırıb.

Bunu Avropa.info-ya açıqlamasında jurnalist Elçin Həsənov deyib. Jurnalistin dediyinə görə, məktəb direktoru bu gün onun bacısı oğlu Tural Qurban oğlu Novruzovu rüşvət kimi yığılan 1 manat pulu vermədiyinə görə cəza olaraq, bayıra çıxmamaq şərti ilə 5 saat sinif otağında saxlayıb.

38 sayli orta mektebin direktoru 14 yasli 6-ci sinif sagirdini 1 manat pul vermediyine gorə 5 saat dersde otaqdan bayira cixmaga qoymayib. " Direktor onu nəinki həyətə çıxmağa, hətta tualetə getməyə qoymayıb. Məsələnin maraqlı tərəfi odur ki , bu məktəbdə rüşvət yığılması mənim tərəfimdən dəfələrlə mətbuatda ictimailəşdirilib. Evdə də bu məsələni nməndən gizli saxlayıblar ki, səs -küy salaram , uşağı məktəbdən qovarlar. İndi öyrənmişəm. Məsələ ilə əlaqədar məktəb direktoruna qarşı cinayət işi açılmasını tələb edəcəm."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.