Donetskdə şəhərin mərkəzində silahlı şəxslər "Şaxtyor" futbol klubunun avtobusu təqib edərək onlardan salonu tərk etməyi tələb ediblər. Maşınlardan birində quraşdırılan kamerada açıq aydın görünür ki, futbolçuları "VAZ 1015" markalı avtomobil izləyir. Daha sonra digər bir avtomobil yaxınlaşaraq, bütünlüklə yolda hərəkəti məhdudlaşdırır. Bu maşından isə daha 4 nəfər silahlı çıxaraq, havaya atəş açmaqla futbolçulardan aşağı düşməyi tələb ediblər. Qeyd edək ki, separatçıları dəstəkləməyən futbol klublarına qarşı bu olay birinci hadisə deyil. Ötən həftə silahlılar Ternopolun "Niva" klubunun 3 üzvünü matça buraxmayıblar .