Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan səmasında UNO?

21-05-2014, 11:49   
Azərbaycan səmasında UNO?
Yevlax və Ağcabədi səmasında naməlum obyekt görünüb

Azərbaycan səmasında naməlum obyekt görünüb. Bu hal ötən gecə təxminən saat 23:30 radələrində Yevlax və Ağcabədi rayonları ərazisində qeydə alınıb.

Səmada təxminən 30 saniyə qalan obyekt ilk olaraq parlaqlıqla nəzərə çarpıb. Ardınca gur işıq seli yaranıb. Bir nöqtədə dayanan obyekt qısa müddətdən sonra yoxa çıxıb. Naməlum obyektin səssizliyi və saçdığı gur işıq əhali arasında maraq və təşvişə səbəb olub. Naməlum obyektin görünməsi Yevlaxda bəzi evlərdə işıqların sönməsi ilə eyni vaxta təsadüf edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar