Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
Jurnalist dünəndən xəstəxanaya yerləşdirilib. Onun çənə nahiyyəsindəki vəzlərin bərkiməsi prosesi gedir ki, bu da təcili əməliyyat zərurəti yaradıb.
Dünən Akademik Mirqasımov adına Respublika Xəstəxanasında müəyinələrdən keçən jurnalist bu gün səhər saatlarında əməliyyata alınıb.
Qeyd edək ki, R.Kərimoğlu torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə bir neçə dəfə yaralanıb.