Ana olmaq istəyi yaşa baxmır. Ailem.az qoca yaşında ana olan qadınları təqdim edir.
Nyu-York yaşlı analar şəhəridir. 40-44 yaşlarında ilk dəfə ana olan qadınların sayına görə, ABŞ-da ilk sırada yerləşir. Artıq ABŞ-da 40 yaşdan sonra ana olmaq asanlaşır. 35-39 yaş arasında ana olan qadınların sayına görə isə Massaçusets ştatı öndə gedir. Nyu-Yorklular 40 yaşlarında ana olmağı peşə sahibi olmaq və iqtisadi yüksəlişə qovuşmağı gözləmək düşüncəsinin təsir göstərməsi ilə əlaqələndirirlər.
Digər araşdırmalara görə isə gec yaşında uşaq sahibi olan cütlüklərin az uşaq niyyətində olduqları müəyyən edib. Nyu-Yorkda yaşayan uşaq sahibi olan qadınların 65 faizi karyera sahibidir. ABŞ-da uşaq sahibi olan qadınların məşğulluq səviyyəsinin yüksək olduğu əyalət isə 79,9 faizlə Cənubi Dakota hesab olunur.
1. Uşaq sahibi olub, ərinə varis qoymaq istəyən 70 yaşlı hindistanlı Omkvari Panvar əkizlərini dünyaya gətirərək, dünyanın ən yaşlı anası oldu. 2008-ci ildə biri qız, biri oğlan olmaqla iki əkiz övlad dünyaya gətirib. Panvar və əri Çarananın iki qızı olsa da, onlar oğul istəyirdi. Süni mayalanma elətdirmək üçün ailə xərclərini azaldıb, ərazilərini ipotekaya qoyub, bankdan kredit götürüblər.
2. 69 yaşlı Raji Devi Lohan və həyat yoldaşı Balla Hindistanın yoxsul kəndi Hissarda yaşayan fermerlərdir və süni mayalanma üçün xeyli borc ediblər. Təəssüf ki, Lohanın hamiləliyi asan olmadı. Doğuş zamanı uşaqlığı qopdu, daxili qanaxma keçirdi, eyni zamanda yumurtalıq kistasından dolayı əməliyyat olunmuşdu. Qızını doğduqdan 18 ay sonra Lohanın öləcəyi deyildi. Ancaq Lohan hələ də həyatdadır və qızının toyunu görmək arzusundadır.
3. 60 yaşlı Mariya Del Karmen Bousada De Lara İspaniyada dünyaya gəlsə də, Amerikada süni mayalanma ilə bağlı müalicə alıb. Uşaq sahibi olmaq üçün yaşını səhv deyən Mariya anası uzunömürlü olduğu üçün özünün də övladını böyütmək üçün kifayət qədər yaşayacağını düşünüb. Süni mayalanma üçün 59 min dollara evini satıb və 2005-ci ildə Pau və Xristian adlı əkiz oğullarını dünyaya gətirib. Ancaq 2 il sonra bilinməyən səbəblərdən dolayı həyatını itirib. Deyilənə görə, onda şiş olduğu müəyyən olunub.
4. 66 yaşlı Bhateri Devi Hindistanda üçəmlərini dünyaya gətirib. Hindistanda süni mayalanmaya heç bir qadağa olmadığı üçün Devi və 70 yaşlı əri buna razılıq vermişdi. Cütlük on illərdir uşaq sahib olmağı səbrsizliklə gözləyib. Onu da qeyd edək ki, hind qadınları ailə mirasına varis dünyaya gətirmək üçün həmişə təzyiq altında olurlar.
5. İndi 75 yaşında olan Adriana İliescu 9 yaşlı Elisa Mariyanı 66 yaşında dünyaya gətirib. O, roman dilli uşaq kitabının yazarı idi. 2004-cü ildə süni mayalanma ilə üçəmlərinə hamilə qalıb. Sperma və yumurta iki fərqli adamdan alınmışdı. 3 döldən biri 10 həftə sora ölüb. 34 həftədən sonra qeysəriyyə edilərək, sadəcə Mariyanı xilas etmək mümkün olub. Mariya doğulduqdan sonra 6 həftə xəstəxanada qalıb.
6. Papathiammal Subramaniam ilk körpəsini 64 yaşında dünyaya gətirərək, Hindistanın ən yaşlı anası olub. Döl üçün 30 yaşlı qadının yumurtalığı və 74 yaşlı ərinin sperması götürülmüşdü. 20 il əvvəl menopauza olduğu üçün heç yumurtası qalmamışdı.
7. 63 yaşlı Rossanna Della Korte 17 yaşlı oğlu Rikardonu motosiklet qəzasında itirdikdən sonra yenidən hamilə qalmağa çalışıb. Bu, İtaliyada yaxşı qarşılanmasa da, 1994-cü ildə 63 yaşında ana olan Della bu oğluna da Rikardo adını qoyub. Vatikan əhalisi bu körpənin Allahın acığına getdiyini deyərək, Dellaya sərt reaksiyalar göstərib.
8. Patrisiya Raşbruk İngiltərənin ən yaşlı analarından biridir və 2006-cı ildə 62 yaşında Rusiyada oğlunu dünyaya gətirib. İlk evliliyindən 3 övladı olan Raşbruk ikinci həyat yoldaşı Con Farrantdan uşaq sahibi olmaq istəyirdi.
9. Frieda Bönbaum Amerikanın yaşlı analarından biridir. 60 yaşında ikən Joşua və Jarettini dünyaya gətirib. Ancaq bu onun ilk hamiləliyi olmayıb. O, 26 yaşında oğlu Jasonu və 4 il sonra Alayı dünyaya gətirib. Uşaqları böyüyüb evdən gedincə boş ev sindromuna tutulan Frieda və əri yeni uşaq sahibi olmaq qərarına gəlirlər. 53 yaşında oğlu Arini dünyaya gətirdi. Daha sonra Cənubi Afrikaya gedərək, orda süni mayalanma yolu ilə əkizlərini dünyaya gətirdi.
10. Elizabet Batl 1997-ci ildə oğlu Josepi dünyaya gətirəndə 60 yaşında idi. "Möcüzə ana" olaraq bir çox manşetlərə çıxdı. Körpəsinin atasının onu tərk etdiyini bilənlər ona qayğı və sevgi ilə yanaşmağa başlayıblar, ancaq süni mayalanma sirrinin üstü açılandan sonra Elizabet bir anda qazandığı bu sevgini itirdi.