Almurad Əliyev “Əbülfəz Elçibəy nə edibsə, əcəb edib...”
Elçibəyin qardaşı xalqın indi kef etdiyini düşünür...Bu sözləri Moderator.az-a açıqlamasında Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Elçibəy istəklərimizin hamısının əksinə getdi və özü də bizimlə məsləhətləşmədən Heydər Əliyevi xilaskar kimi hakimiyyətə gətirdi. Elçibəy xalqımı, bizi bədbəxt günə qoydu” kimi fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəsə tribuna verəndə ağzına gələni danışır:
“Əbülfəz Elçibəy nə edibsə, əcəb edib. Nə üçün o deyir ki, Əbülfəz Elçibəy xalqı bədbəxt günə qoydu? Axı xalq kef edir indi. Şəhərdə maşın əlindən gəzmək mümkün deyil. Xalq toxdur. Hakimiyyətə işləyən adam bu gün Heydər Əliyevi hakimiyyətə gətirməkdə Əbülfəz Elçibəyi necə ittiham edə bilər? Tahir Kərimlinin nə sözü varsa, mənə desin və mənimlə danışsın”.