Türk müğənni azərbaycanlı icra başçısından nələr istədi?

21-05-2014, 16:39   

Türkiyənin tanınmış müğənnilərindən biri olan Hadisə mayın əvvəllərində Gəncəyə gələrək, konsert proqramı vermişdi. Gəncənin icra başçısı Elmar Vəliyevin dəvəti ilə təşrif buyurmuş Hadisə və Mustafa Cecelinin bunun müqabilində külli miqdarda qonorar aldığı da verilən məlumatlar sırasındaydı.

Qeyd edək ki, Gəncədəki konsertdən sonra məlum olmuşdu ki, təkcə Hadisə gəlişi üçün Elmar Vəliyevdən 400 min manat pul alıb. Həmin pulun yerli büdcə təşkilatlarından toplanılması xəbəri isə qalmaqala səbəb olmuşdu. Bu gün isə Hadisənin Gəncəyə gəlişi zaman Elmar Vəliyevdən etdiyi tələblər məlum olub.

Müğənni 30 nəfərlik qrupla Gəncəyə gəlib. Onun birinci tələbi 5 ulduzlu oteldə qalmaq olub. Və tələbi yerinə yetirilib. Digər tələbi isə 30 nəfərlik heyətlə birlikdə Gəncə şəhərini gəzmək istəyib ki, buna da imkan yaradılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.