Misirin devrilmiş lideri Hüsnü Mübarək və oğlanları Əla və Camal Mübarəkin məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmünə görə, Mübarək dövlət büdcəsini talamaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Mübarəkin oğlanları Əla və Camala da 4 il həbs cəzası verilib. Prokuror müttəhimləri Misir prezidentinə aid iqamətgahların saxlanılması üçün ayrılan pulun 17.6 milyon dollarını oğurlamaqda ittiham edib. Qeyd edək ki, Hüsnü Mübarək 2011-ci ildə baş verən inqilab zamanı aksiya iştirakçılarının öldürülməsi əmrini verməkdə də ittiham olunur.