Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlı generalın villasının görüntüləri yayıldı

21-05-2014, 16:45   

General-mayor Mahmud Həmzəyevin villasının görüntüləri yayılıb. Fotoları hərbi ekspert Uzeyir Cəfərov öz Feysbuk səhifəsində paylaşıb. Görüntülərdə generalın villasının tikintidən öncə və sonrakı görünüşləri yer alıb. Ekspert villanın Görədil qəsəbəsində yerləşdiyini və burada kifayət qədər əsgər, zabit əməyindən istifadə olunduğunu bildirib. Qeyd edək ki, dünən Üzeyir Cəfərov saytımıza açıqlamasında general-mayor Mahmud Həmzəyevin öz villasını döyüş bölgəsindən gətirilən tikinti məhsulları və boruların hesabına tikdirdiyini bildirmişdi. O, Mahmud Həmzəyevin çox şeylərə görə cavab verməli olduğunu demişdi. Onu da xatırladaq ki, general-mayor Mahmud Həmzəyev Beyləqan hərbi birləşməsinin komandiri vəzifəsini icra edib. 2009-cu ildə ordu sıralarından tərxis olunan generalın hazırda 66 yaşı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar