Xırdalanda bir nəfər intihar etmək məqsədilə qeyri-adi yola əl atıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər intihar məqsədilə özünü çirkab suların axıdılan quyusuna atıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmiş dərinliyi 4 metr olan quyuda köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarmış və aidiyyəti üzrə təhvil verib.