“Çeçen”in bandası Ukraynada soyğunçuluq edir

21-05-2014, 19:02   
“Çeçen”in bandası Ukraynada soyğunçuluq edir
“Çeçen” qruplaşmasının silahlıları Donetsk və Mariupol küçələrində soyğunçuluqla məşğul olur. “Axar.az” xəbər verir ki, bu barədə “Azov” taborunun komandir müavini Yaroslav Qonçar məlumat verib. “Hazırda Mariupolda könüllü xalq drujinaları adlandırılan dəstələr yerləşdirilib. Onların əksəriyyətini Axmetovun zavodlarında işləyən fəhlələr təşkil edir. Ortaya sual çıxır, bəs niyə görə onlar mayın 10-a qədər yox idilər? Silahlılar indi gizlənmirlər, Mariupolda gəzərək soyğunçuluqla məşğul olurlar. Özlərini “Donetsk Xalq Respublikası”nın silahlıları adlandırırlar. Onlara “Çeçen” ləqəbli bir şəxs rəhbərlik edir”, - deyə Qonçar bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.