Azərbaycanda olduğu kimi, bu gün qonşu İranda da boşanmaların sayı çoxalıb. İranın şəhərlərində isə boşanmalar maraqlı məqamlarla yadda qalır.
ANS PRESS-in məlumatına görə, son zamanlar boşanan cütlüklər gecələr təşkil edirlər. Ayrılıq gecəsi ilə bağlı qara qızılgüllər, böyük tortlar, xüsusi dəvətnamələr hazırlanır.
Ayrılıq gecəsini hazırlayan şəxs adətən əvvəlcə nəbatatçının yanına gedib qara qızılgül sifariş verir, sonra isə maraqlı mətnlərlə dəvətnamə hazırladır. Dəvətnamədə “Mən sənin üçün darıxmıram”, “And olsun: bir daha sevməyəcəyəm, sevsəm də o, sən olmayacaqsan” və ya maraqlı mahnılardan sətirlər əks olunur. Xüsusilə ayrılıq gecəsi üçün nəzərdə tutulan mağazanın sahibi “Jümhuriyyeyi İslam” qəzetinin müxbirinə deyib ki, iki il ərzində dükana maraq artıb, alıcıları çoxalıb.
Ölkədə hakimiyyət boşanmaların çoxalmasından və bu məqsədlə keçirilən gecələrdən narahatçılıqlarını bildiriblər. Məşhur mühafizəkar dinçi ayətolla Məhərrəm Şirazi də, bu hadisələrdən narahatlığını dilə gətirib.
Belə ki, ötən il İranda boşanmaların sayı 4,6% yüksəlib, evlənənlərin sayı isə 4,4% azalma müşahidə edilib. Statistik rəqəmlərə görə hazırda İranda evlənən ailələrin 20% tez bir zamanda ayrılmağa qərar verirlər.