Yetkinlikdə yaşanan eşqin yaratdığı təhlükələr

22-05-2014, 10:30   
Yetkinlikdə yaşanan eşqin yaratdığı təhlükələr
Yetkinlik dövrü romantik eniş və çıxışların yaşandığı kompleks bir dövrdür. Bu dövr yetkin fərd üçün özünü sübut etmək, yəni “mən”ini görünən etmək üçün çox əhəmiyyətlidir. Valideynlər aşiq övladlarına necə kömək etməlidirlər? Psixoloqların fikrincə, yetkinlik dövründə yaşanan eşqlərlərə görə “eşq əzabı” çəkən gənclərə valideynlərinin kömək etməyinin ən gözəl üsulu onu anladığını söyləməkdir. Valideynlər bu dövrdə övladlarına göstərdikləri diqqəti maksimum dərəcədə artırmalıdırlar. “Bir sevgilim olsaydı, onu hər kəsə göstərərdim” “Axar.az”ın apardığı araşdırmadan bəlli oldu ki, psixoloqlara görə, yetkinlik dövrünü yaşayan gənclərdə bu prinsip ən öndə olur: “Bir sevgilim olsaydı, hər kəsə göstərərdim”. Yetkinlik dövründə qarşı cinslə romantik əlaqənin üzə çıxmağa başladığı yaşlar xüsusən 12-14 yaşlara təsadüf edir. Oğlan, ya da qız yoldaşının olması yeniyetmə üçün çox çox əhəmiyyətlidir. Əgər bu yoxdursa, ya da platonik aşiq olmuşsa, demək ki, çətin və ağrılı günlər keçirir. Aşiq olduqları adam tərəfindən tərk edilərlərsə… Psixoloqlara bildirir ki, duyğuları çox dəyişkən olan yeniyetmələr üçün tərk edilmək dözülməzdir. Tərk edilmiş, ya da platonik sevən bir yetkini həyatın mənasızlığı, boşluğu və yaşamanın gərəksizliyi ilə bağlı fəlsəfə yürüdərkən görsəniz heç də təəccüblənməyin. Onu anladığınızı söyləyin, şərhsiz dinləyin Yetkin uşağınız varsa və eşq ağrısı yaşayırsa, ona kömək etmənin ən gözəl yolu onu anladığınızı ifadə etməkdir. Danışdığı zaman şərh etmədən dinləmək, anlamaq bir yetkinin ən çox ehtiyac duyduğu valideyn modelidir. Onunla söhbət etsəniz və o, başa düşüldüyünü hiss etsə, bu dövrün bitməsi daha asan olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.