Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı xəbərə aydınlıq gətirib.
Deputat AzVision.az-a açıqlamasında oğlunun nazirlikdə dindirilmədiyini, Aynar Məmmədov haqda yayılan məlumatın yalnış olduğunu bildirib.
“Bu tamamilə yalnış məlumatdır”-deyən E.Məmmədov əlavə heç nə demək istəmədiyini qeyd edərək telefonu söndürdü.
Qeyd edək ki, virtualaz.org saytının yaydığı məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.