Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə rəsmi məlumat yayılıb. Statistika Komitəsi bildirir ki, bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,7 min nəfər olub.
Məlumata görə, dövlət qulluqçularının 8,4 faizi 1 ilə qədər, 26,3 faizi 1 ildən 5 ilə qədər, 23,6 faizi 5 ildən 10 ilə qədər, 15,4 faizi 10 ildən 15 ilə qədər, 26,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 27,7 faizini qadınlar təşkil edib. Yaş qrupları üzrə bölgü belə olub: 30 yaşa qədər olanlar 17,2 faiz; 30-34 yaşda 14,0 faiz; 35-44 yaşda 21,8 faiz; 45-54 yaşda 26,9 faiz; 55-62 yaşda 16,2 faiz; 63 və yuxarı yaşda 3,9 faiz.
Dövlət qulluqçularının orta aylıq əməkhaqqı 2013-cü ildə 464 manat olub.