Spikerin qarşısını kəsib maşınını almaq istədilər

22-05-2014, 11:00   

Oqtay Əsədov “Qurd Qapısı” restoranının qarşısında maşın alverçilərinin hədəfinə gəlib

Bir müddət əvvəl parlamentin spikeri Oqtay Əsədovun başına maraqlı hadisə gəlib. JAM.AZ-ın əldə etdiyi məlumata görə, səhər saatlarında şəxsi maşını ilə şəhərdən çıxarkən Milli Məclisin sədrinin qarşısını kəsiblər.

Belə ki, “Qurd Qapısı” restoranının yaxınlığında spikerin maşınının qarşısını kəsən maşın alverçiləri ondan avtomobilini satıb-satmadığını soruşublar. Cavab gözləmədən maşına müəyyən məbləğ pul verməyə hazır olduqlarını bildiriblər. İş o həddə çatıb ki, Oqtay Əsədov belə nə baş verdiyini biləndən sonra gülməyə başlayıb. Sürücüsü onların maşın satmaq kimi fikirləri olmadıqlarını, maşında Milli Məclisin sədrinin əyləşdiyini və tələsdiklərini söyləsə də, alverçilər israrla təkliflərini səsləndiriblər.

JAM.AZ-a verilən məlumatda deyilir ki, maşın alverçilərinin əlindən hərəkət edə bilməyəcəyini görən Əsədov məcbur qalaraq əraziyə DYP əməkdaşlarını çağırmalı olub. Polis əməkdaşları gəldikdən sonra maşın alverçiləri vəziyyəti bilərək, aradan çıxıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.