Ukraynanın Luqansk vilayətində silahlı insident baş verib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, mayın 21-də axşam saatlarında silahlılar Ukrayna dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstəriblər.
Lakin ukraynalı sərhədçilər hücumun qarşısını alıblar. Atışma nəticəsində sərhədçilər arasında yaralananlar olub.
Həmçinin bildirilir ki, hücum edənlərin iki snayper nöqtəsi məhv edilib.