Bakı sakini "eşşək" sözünə görə qohumunu öldürdü

22-05-2014, 11:17   
Bakı sakini "eşşək" sözünə görə qohumunu öldürdü
Mərhumun onu kürəklə vurduğunu iddia edən Rüstəm Həsənov bundan sonra onu bıçaqladığını deyir
Binəqədi rayonu ərazisində qohumlar arasında baş vermiş dava-dalaş ölümlə nəticələnib.

Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu - bacanağının qardaşı, 28 yaşlı Elşən Ələkbərovu qətlə yetirməkdə şübhəli bilinir. Hadisə isə adi mübahisə üstündə baş verib.

Elşən Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gələyib. Buna iradını bildirən Rüstəmə isə Elşən müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Qohumlar arasında mübahisə də bundan sonra baş verib.

Saxlanılan Rüstəm Həsənov hadisəni belə danışır: “Həyətdən keçəndə dedi, pəncərəni bağla. Dedim, adam kimi de, dedi ki, eşşək özünsən”.

Mərhumun onu kürəklə vurduğunu iddia edən Rüstəm Həsənov bundan sonra onu bıçaqladığını deyir.

Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışovun sözlərinə görə, hadisə ilə bağli Rüstəm Həsənov barəsində Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanalıb. Etdiyi cinayətdən peşman olduğunu bildirən Rüstəm Həsənovun cinayəti sübuta yetirilsə, o uzun illər azadlığı ilə vidalaşmalı olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.