25 ildə ilk dəfə: buğalar insanlara divan tutdular

22-05-2014, 11:23   
25 ildə ilk dəfə: buğalar insanlara divan tutdular
İspaniyaın paytaxtı Madriddə son 25 ildə ilk dəfə olaraq korrida baş tutmayıb.
Səbəb buğaların 3 matadoru ağır yaralamasıdır.

Ən ağır yaraları məşhur matador Devid Mora alıb. Buğa buynuzunu onun baldırına keçirmişdi.
Madriddəki "Las Ventas" arenasında "El Ventorrillor" adlı buğa ilə qarşılaşmada uduzan əfsanəvi matador Devid Mora huşsuz vəziyyətdə, koma durumundadır.
Mora Madrid hospitallarından birində kritik vəziyyətdədir.

İspaniyada hər il 2 minə yaxın korrida keçirilir.
Kataloniya bölgəsində korrida 2011-ci ildən bəri yasaqlanıb. Buna rəğmən, korrida pərəstişkarları da az deyil və onların arasında da İspaniyanın baş naziri Mariano Rahoy var.

Madriddəki "Fiesta de San İsidora" korrida bayramında baş vermiş olayların səbəbləri araşdırılır. Belə ki, indiyədək 12 korridada buğaların 3 matadoru şikəst etməsi kimi olay yaşanmamışdı.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.