Separatçılar gecə ərzində üç dəfə Luqanskda yerləşən sərhəd bölgəsinə hücum edərək dövlət sərhədini pozmağa cəhd ediblər.
Rusiya tərəfdən gələn üç KamAZ sərhəd-keçid məntəqəsini keçməyə cəhd edib. Maşında olanlar sərhədçilərin xəbərdarlıq atəşinə əhəmiyyət verməyiblər. Bundan sonra sərhədçilər maşınları atəşə tutublar. Maşınlar dönərək Rusiya tərəfə geri çəkiliblər.
Yerli vaxtla saat 22.19-da 30 nəfər avtomat və pulemyotlarla silahlanmış şəxslər sərhəd məntəqəsinə gələrək sərhədçilərdən buranı boşaltmağı tələb ediblər.
Gecə saat 01.03-də isə həmin şəxslər pulemyot və qranatamyotlarla sərhəd məntəqəsinə hücuma keçiblər Yaxınlıqdakı evlərdən snayperlərin yerləşdirildiyi bildirilir. Hücumu dəf etmək mümkün olub.
Saat 02.00-da isə 3-cü dəfə hücum baş verib. Ancaq sərhədçilər bu dəfə də hücumu dəf edə biliblər. İki snayper ocağının zərərsizləşdirildiyi bildirilir. Ukraynalı hərbçilər arasında yaralı və kontuziya alanların olduğu bildirilir.