Ölkənin ən yüksək tirajlı VG qəzetinin xəbərinə görə, məhkəmə tibbi ekspertləri təhlil etmək məqsədi ilə 3 yaşa qədər uşaqların orqanlarını ailələrindən icazə almadan mənimsəyiblər.
Hadisənin üstünün açılmasından sonra həkimlər “əgər valideynlərdən istəsəydik, bu onlar üçün çox çətin seçim olardı”, - deyərək özlərini müdafiə etməyə çalışıb.
VG qəzetinin jurnalistləri faktın üstünü aça bilmək üçün iki aydan artıq araşdırma aparıblar. Orqanları “icazəsiz götürən” həkimlər qrupunun rəhbəri professor Torleiv Ole Rognum faktı təsdiqləyib. O öz qrupunun fəaliyyətinə bəraət qazandırmaq üçün “əgər uşağını itirən ailələrin ağlaşmalarını eşitsəydiniz, bizi yaxşı başa düşərdiniz. Layihəyə başlayanda biz gündə 3 uşaq üzərində işləyirdik. Mən və qrupum ömrümüzü və gücümüzü uşaqların niyə öldüyünü öyrənə bilmək üçün sərf etmişik”, - deyib.
Roqnum bu layihənin 1984-cü ildə ölkədə uşaq ölümünün qəfil artmasından sonra yarandığını deyib. Norveç Xalq Səhiyyə İnstitutunun direktoru Börn Maqne Eqqen 30 ildir davam edən layihə çərçivəsində orqanları alınan uşaqların valideynlərinə xəbər verilməməsi fikrini də təsdiqləyib. O, qeyd edib ki, yalnız qəfil ölən uşaqların orqanları götürülüb.
Qeyd edək ki, cəmiyyət mövzu ilə bağlı istintaqa başlanmasını istəyib