Amerika internet marketinq firması Ebaydan edilən şərhdə , kompüter piratlarının kiber hücumuyla qarşılaşıldığı və hücum nəticəsində şifrələrin ələ keçirildiyi bildirilib.
Firma , 145 milyon istifadəçidən şifrələrini dəyişdirmələrini istəyib.
Kompüter piratlarının Ebaydan oğurladığı məlumatlar arasında , e- poçt ünvanları , fiziki ünvanlar , telefon nömrələri və doğum tarixləri daxil olmaqla, şifrələnmiş parol və digər şəxsi məlumatların olduğu qeyd edilib. Firmanın açıqlamasında , müştərilərə aid kredit kart məlumatları kimi maliyyə məlumatların təsirlənmədiyi bildirilərək, müştərilərə xüsusilə başqa saytlarda istifadə etdikləri şifrələri dəyiştirmələri söylənib.
ABŞ-da əvvəllər aprel ayında kompüter piratları tərəfindən , "American Online" (AOL ) firmasının 120 milyon müştərisinə aid e- poçt ünvanı , parol və kontakt siyahısı kimi informasiyalar ələ keçirilmişdi.