Qarabağ əlili ölüm aclığına başlayacağını bəyan etdi – Nazirlə görüşsə də, onun dərdinə çarə tapılmayıb

22-05-2014, 12:29   
Qarabağ əlili ölüm aclığına başlayacağını bəyan etdi – Nazirlə görüşsə də, onun dərdinə çarə tapılmayıb
Portalımıza Xocalı rayon sakini, 2 ci qrup Qarabağ əlili, məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmış Türbəndiyev İlham Yaqub oğlu tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ bildirir ki, bu barədə “anaxeber.info” portalı məlumat yayıb. Vətəndaşın göndərdiyi müraciətdə deyilir:

“Nəzərinizə çatdırıram ki, mən 2 ci qrup Qarabağ əlili olmağımıma baxmayaraq bu günə kimi nə ev, nə də ki, avtomabil novbəsinə dayana bilməmişəm. 2014-cu ildə Cənab Prezident Bərdəyə gələndə şəxsən cənab Prezidentə məktub da vermişdim. Amma buna baxmayaraq məndən Baş tibbi Sosial ekspertiza komisiyasında 500 dollar pul istədilər. Mən də yenidən prezidentə şikayət ərizəsi yazdim. Sonra müxtəlif vaxtlarda müraciət etdim. Lakin yenə də (şirinliksiz) mümkün olmadığını bildirdilər.

Bir sözlə, şikayət etdiyim üçün adım, soyadım qara siyahıya düşüb. Cənab Səlim Müslümov nazir təyin olunandan sonra məndə ruh yüksəkliyi yarandı və mən Ümumi şöbənin mudiri Bəxtiyar Əliyevin köməkliyi sayəsində cənab nazirin qəbuluna yazıldım. Cənab nazir bizi qəbul etməzdən əvvəl nazirliyin yeməkxanasında Saday Abdullayev bizimlə görüşdü. Mən adımı soyadımı deyəndə o məni qəbula salmaqdan imtina etdi. Mən xahiş etdim ki, məni Bəxtiyar müəllim çağırıb, imkan verin, cənab nazirə dərdimi deyim.

Bir çox xahiş-minnətdən sonra o mənə bildirdi ki, get görüş, amma xeyri olmayacaq. Mən cənab nazirin qəbulunda oldum. Cənab nazir məni dinləyəndən sonra, Saday Abdullayevə dedi ki, nə məsələdir? Saday müəllim bildirdi ki, buna avtomobil düşmür, onun xəsarəti yüngüldür. Bundan sonra mən aldığım xəsarəti cənab nazirə göstərdim. Cənab nazir bildirdi ki, mən ixtisasca həkim deyiləm, ancaq bu yüngül xəsarət deyil. Cənab nazir bir daha Saday müəllimə mənə kömək etməsini desə də, bildirdi ki, həkim budur, get köməklik edər.

Nazirinizə çatdırın ki, Saday Abdullayev Nazirliyin Tibbi Sosial ekspertiza şöbəsinin müdüridir. Cənab nazir mənim sənədlərimi yenidən nəzərdən keçirib köməklik etməsi barədə Saday müəllimə tapşırdığı üçün mən qəbuldan əvvəl yaşananları cənab nazirə demədim. Bunu da nəzərinizə çatdırım ki, müharibədə aldığım güllə yarasından başqa, mənim ayaqlarım və böyrəklərim də xəstədir, ürəyimdə problemlər var, gözlərim xəstədir, iki övladım əlildir.Ailə vəziyətim çox ağırdır, 5 nəfər ailə üzvü ilə birgə 9-10 kvadratmetr sahəsi olan bir otaqda dözülməz şəraitdə yaşayırıq.

Yeməyi yer olmadığı üçün növbəylə yeyirik. Sizdən artıq dərəcədə xaiş edirəm ki, mənim bu müraciətimi cənab Prezidentə və bütün mətbuat orqanlarına çatdırasınız. Əgər mənə bu dəfə də köməklik edilməzsə, Qarabağ müharibəsi Əlillərinə ayrı seçkilik qoyularsa, yaxın günlərdə ölüm aclığı aksiyasına başlayacam”.

Qarşı tərəfi də dinləməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.