“Ukrayna və Azərbaycanın ərazi bütövlüyü kölgə altına alınıb”.
APA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Daimi Komitəsinin iclasında AŞPA sədri, xanım Anna Brassör deyib.
O qeyd edib ki, üzv ölkələrin ərazi bütövlüyünün pozulması AŞPA üçün ciddi təhlükədir: “2005-ci ildə qəbul olunan 1416-cı saylı qətnamə ilə AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla belə, Azərbaycan və Ermənistan bizim qarşımızda öhdəlik götürüb ki, bu münaqişəni dinc yolla həll edəcəklər”.
AŞPA sədri onu da qeyd edib ki, Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrlik dövründə AŞPA-nın dəstəyinə etibar edə bilər.