Məlumat üçün deyək ki, Artur “Suvorovski” barında baş verən kütləvi dava nəticəsində həbs edilmişdi. Dava zamanı tərəflərdən biri digərinə tapançadan atəş açıb. Digər tərəf isə iki partlayıcı qurğunu masanın altına atıb və müştərilərə atəş açıb. Partlayış nəticəsində polis serjantı və bir müştəri vəfat edib. Bundan əlavə, vəfat edənlər arasında xəstəxanaya çatdırılan iki qadın və komadan uzun müddət çıxmayan bir polis əməkdaşı da olub. Hadisə nəticəsində 16 nəfər yaralanıb. Hadisədən sonra saxlanılan Artur ömürlük həbs cəzası alıb.
Maksimal təhlükəsizlik sisteminə malik Ladıjinski islah əmək müəssisəsinə göndərilən “qanuni oğru” burada bir adamlıq kamerada saxlanılıb