Kəmaləddin Heydərov ABŞ rəsmisini qəbul etdi

23-05-2014, 12:56   

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Təhlükəsizlik Departamenti katibinin Beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersinini qəbul edib. Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb. Öz növbəsində, qonaq hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.