Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Polis bu eynəklərdən istifadə edəcəkŞok

23-05-2014, 13:08   

“The Verge” nəşri yazır ki, Dubay polisləri pilot layihəsi çərçivəsində iş zamanı “Google Glass” reallıq eynəyindən istifadə edəcəklər.

Bildirilir ki, satın alınmış eynək üçün artıq iki xüsusi tətbiq hazırlanıb.

Onlardan biri yollarda qanun pozucularının çəkilişi və şəkillərin məlumat bazasına göndərilməsi üçün nəzərdə tutulub. İkinci tətbiq polislərə avtomobilin nömrəsi üzrə axtarışda olub-olmamasını öyrənməyə imkan verəcəkdir.

Dubay şəhər polis xidməti üzrə informasiya texnologiyaları bölmənin nümayəndəsi Xalid Nasser Al Razuki demişdir ki, sınaq uğurlu olsa, əlavə eynək alınacaqdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar