İstanbulun Okmeydan ərazisində nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Axar.az xəbər verir ki, “Soma” şüarları ilə meydana axışan etirazçılar polisin güclü təzyiqinə məruz qalıb. Nümayişçilərin hazırladığı bir Molotov kokteyli polis məntəqəsini yandırıb. Verilən məlumata görə, qarşıdurmada çoxlu sayda yaralanan var. Uğur Qurd adlı bir gəncin isə başından vurularaq öldürüldüyü bildirilir. Qeyd edək ki, hadisə yerində olan 2 jurnalist polis məntəqəsinə aparılıb.
***
2014-05-23 12:51
Egə universiteti də etiraza qalxdı Bu gün Türkiyənin İzmir şəhərində Ege universitetinin Xarici dillər fakültəsində gərgin etiraz aksiyası baş verib. Axar.az xəbər verir ki, etiraz aksiyasına polis dəstələri ilə yanaşı Çevik Polis Alayı da helikopterlə müdaxilə edərək binanın damına çıxan tələbələri oradan endirə biliblər. Müdaxilə zamanı tələbələrdən biri yaralandığından İzmir Polis idarəsinin rəisi Cəlal Uzunqaya universitetə gəlib. Qeyd edək ki, aksiya zamanı polislər 38 tələbəni saxlanılıb.
[media=https://www.youtube.com/watch?v=p2HjSj6VhU4]