28 May günü Prezident Adminstrasiyasının qarşısı
Xəbər verdiyimiz kimi, 2 ci qrup Qarabağ əlili, Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Türbəndiyev İlham Yaqub oğlu aclıq aksiyasına hazırlaşır. Məlumat üçün bildirək ki, İ.Türbəndiyev sosial vəziyyətinin ağır olmasından, evsizlikdən və bütün bunlarla bərabər məmur özbaşınalığından şikayətçidir.
Bu gün Qarabağ qazisi ilə yenidən əlaqə saxladıq. İ.Türbəndiyev anaxeber.info saytının əməkdaşı ilə söhbətində bildirdi ki, aclıq aksiyasının keçirilməsində qərarlıdır: “Mənə başqa yol buraxmadılar. Uğrunda döyüşdüyüm, canımı qoyduğum vətəndə yaşamağa yer də tapmıram. Bu bir yana qalsın bu dövlətin rəsmilərinin mənə münasibəti, dövlətin ərazi bütövlüyünün qorunması uğrunda döyüşən bir şəxsdən rüşvət ummaları dəhşətdir. 28 may –məhz respublika günü prezident adminstrasiyasının qarşısında ölüm aclığına başlayacam. Ölkə rəhbərindən rüşvətxor və laqeyd məmurları cəzalandırmağı, mənim problemlərimin həll olunmağın istəyəcəm. Mən bu dövləti canımdan artıq sevirəm. Bu aksiyaya məni vadar edən həmin məmurlardı”.