Bakı Dövlət Universitetinin 3 tələbəsi polislər tərəfindən həbs edilib.
Bu barədə qaynar.info-ya hadisə yerində olan tələbələr məlumat veriblər.
Onların sözlərinə görə, AXCP Gənclər Komitəsinin fəalı Hüseyn Qarasulu və Azad Gənclik Təşkilatının 2 üzvü - Sübhan Qəmbərli ilə Tamerlan Feyzullalı polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək polis bölməsinə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil.
Tələbələrin saxlanılmalarının 3 gün əvvəl keçirilən flashmobla bağlı olduğu deyilir.