Polşa səfiri erməniləri öz sözlərilə vurdu: “Tələt paşa...”

23-05-2014, 16:04   
Polşa səfiri erməniləri öz sözlərilə vurdu: “Tələt paşa...”
“Təsəvvür edin ki, Avropanın hansısa şəhərində Tələt Paşanın heykəli qoyulub”. Bu açıqlama ilə Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski çıxış edib. O, Anastas Mikoyanın heykəlinin İrəvanda ucaldılmasına öz etirazını ermənilərin öz məntiqləri ilə əsaslandırıb: “Mənim bu mövzuda açıqlamalarım kimlərsə tərəfindən başa düşülmədi və tənqidə məruz qaldı. Sosial şəbəkələrin birində mən belə bir ifadə ilə rastlaşdım: “Təsəvvür edin ki, Avropa şəhərlərinin birində Tələt paşanın heykəlini ucaldırlar. Əgər Ermənistan səfiri bu məqamda sussaydı, o zaman onu postundan qovardılarmı?” Bax bu da sizin üçün əsl cavabımdır”. Qeyd edək ki, Polşa səfiri Zdislav Raçinski İrəvanda Anastas Mikoyanın heykəlinin ucaldılmasını qəbul etmir. Əsas səbəb kimi isə Mikoyanın 1940-cı ildə 22 min Polşa zabitinin Xatın ərazisində qətlə yetirilməsində adının hallandırılması göstərilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.