ABŞ-dan gələn təhlükəsizlik zabiti Heydərovla nədən danışıb?

23-05-2014, 16:11   
ABŞ-dan gələn təhlükəsizlik zabiti Heydərovla nədən danışıb?
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Təhlükəsizlik Departamenti katibinin Beynəlxalq məsələlər üzrə köməkçisi, baş diplomatik zabit Alan Bersini qəbul edib.

Görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb.

Öz növbəsində, qonaq hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Virtualaz.org xatırladır ki, Alan Bersin Bakıya mayın 21-də, Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinin (İNCU) Qlobal Təsis Konfransında iştirak etmək üçün gəlib.

Alan Bersin mayın 21-23-də keçirilən konfransda "Təhlükəsizlik: Xətlər və Axınlar: Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd İdarəetmə Fəaliyyətinin Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik " mövzusunda çıxış edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.