Bu masaj sizi şoka salacaq

23-05-2014, 16:25   

Filippinin Sebu şəhərindəki heyvanxanaya gələn turistlərə ilk baxışda maraqlı görünən pulsuz ilan masajı təklif olunur. Bu vaxt masaj insanlar tərəfindən deyil, ümumi çəkiləri 250 kiloqram olan böyük ilanlar tərəfindən edilir. Əlbəttə ki, bu prosedurla ziyarətçilərin heç də hamısı razılaşmır.
Heyvanxananın əməkdaşları ziyarətçilərə qurşağa qədər soyunmağı, bərk bambuk çarpayının üzərinə uzanmağı və özlərini dörd Birma pitonunun ixtiyarına verməyi təklif edirlər. Bu pitonların adı Mişel, Uolter, İ-Ci və Danieldir. Müştəri ilə ünsiyyət zamanı gözlənilməz aclıq tutmalarından qaçmaq üçün hər bir masaj seansı ərəfəsində bu ilanların hər biri 10 cücə yeyir.
Heyvanxananın əməkdaşlarının bildirdiyinə görə, bu təhlükəli canlıların insan bədəni üzərində 10-15 dəqiqə hərəkəti orqanizmə sakitləşdirici və sağlamlaşdırıcı təsir göstərir.
Belə masaj qəbul etmiş ziyarətçilərdən birinin bildirdiyinə görə, masaj zamanı nəfəsi ilanlara tərəf vermək olmaz, çünki bu, onlara iynə batırma və ya zərbə təsiri bağışlayır. İkincisi, əgər təhlükə hiss edirsinizsə, heç vaxt köməyə çağırmaq olmaz. Bu zaman bədəndəki titrəyişi hiss edən ilanlar bunu onlara hücum kimi qəbul edə bilərlər.
Heyvanxananın əməkdaşının bildirdiyinə görə, bu prosedur çoxlarına qorxulu gəlsə də, sonda ondan çox razı qalırlar.
[media=http://www.youtube.com/watch?v=EchceNUaWNI]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.