Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistan vaxtı uzatmaqla məşğuldur- Pakistan mətbuatı

21-04-2014, 11:22   

Pakistanın tanınmış “Centreline” jurnalı və DNA İnformasiya Agentliyi Avropa İttifaqı və NATO üzrə ekspert Ansar Mahmud Battinin “İkili standartlar və dünya təhlükəsizliyi” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı səfirliyindən anaxeber.info-a verilən məlumata görə, məqalənin müəllifi yaxın tarixi nəzərdən keçirib və yazıb ki, Cammu və Kəşmir, Fələstin, Dağlıq Qarabağ məsələlərinə dair verilmiş qərarlara məhəl qoyulmadığı halda, BMT TŞ-nın Sərgi Timor, Cənubi Sudan, Kosovo münaqişələri barəsində qəbul edilmiş qətnamələrinin dərhal icra olunduğu faktı təəccüb doğurur.
A.M.Batti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə də toxunub, münaqişə iştirakçısı olan hər iki ölkənin Avropa Şurasının üzvü olduqlarını yazıb və bildirib ki, Ermənistan problemin həllində maraqlı deyil və vaxtı uzadaraq “nə sülh, nə müharibə” statusunu qoruyub saxlamaqla məşğuldur: “Eyni zamanda, məsələnin həll edilməsi ilə məşğul olan beynəlxalq vasitəçilər də öz vəzifələrinə ciddi yanaşma göstərmirlər. Ermənistana qarşı beynəlxalq sanksiyaların əslində çoxdan tətbiq edilməli idi. Çünki, Ermənistan artıq 20 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı Xocalı şəhərində soyqırım törədilib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Minlərlə Azərbaycan vətəndaşı həlak olub, 1 milyon insan isə qaçqın həyatını sürməkdədir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.
Məqalədə BMT TŞ-nın 4 qətnaməsinin icra edilmədiyi, digər beynəlxalq təşkilatların - AŞ, Avropa Parlamenti, NATO, Qoşulmama Hərakatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə də məhəl qoyulmadığı qeyd edib: “Bu ikili standartların bariz nümayişi deyilmi? Nə üçün AŞ PA-da Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir? Nə vaxta qədər cinayətlərdə əli olanlara qarşı sanksiyalar tətbiq edilmiyəcək? Nə vaxta qədər işğalçılar azad şəkildə Qərbə səfər etmək iqtidarında olacaqlar? Dünya artıq ikili standartlardan yorulub. Çünki bu ikili standartlar təhlükəsizliyin pozulması, xaos, soyuq müharibələrlə nəticələnə bilər. Bu, beynəlxalq qanunun əsaslarına çağırışdir ki bu da sülhə qarşı açıq təhlükədir.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar