Suqovuşanda qazıntılarda insan sümükləri tapılıb

7-05-2024, 11:46   



Ağdərə rayonunda qazıntı işləri zamanı insana məxsus olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Sümük fraqmentləri mayın 5-də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində aşkarlanıb.

Suqovuşanda yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparanlar sümükləri tapıblar.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq bundan öncə Xocalı şəhərində, Malıbəyli kəndində və s. ərazilərdə qazıntı işləri zamanı kütləvi məzarlıqlar, insan sümüklərinin tapılması barədə məlumat yaymışdı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Baş Prokurorluğun bugünlərdə yaydığı birgə məlumata görə, 2022-ci ildə 32, 2023-cü ildə 60, 2024-cü ildə 4 nəfər olmaqla, ümumilikdə 107 nəfərin meyit qalıqları aşkar edilərək götürülüb. Bu statistikaya kütləvi məzarlıqlarda aşkarlananlar aid deyil.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar