Keçid balı aşağı salınacaq?ŞOK!

23-05-2014, 16:26   

“Ali məktəblərə keçid balını öncədən deyə bilmərik ki, necə olacaq. Keçid balının aşağı salınacağı hələ bilinmir”.Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəbələrə qəbul imtahanları keçirilərkən keçid ballarının necə olacağı barədə danışarkən deyib.

O bildirib ki, müsabiqədə iştirak edənlərin sayı çoxalsın deyə, keçid balının aşağı sala bilməzlər.

"Ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi barədə qərar da yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra veriləcək. Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak üçün tələb olunan şərtləri dəyişək. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, topladıqları balla ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçə bilərlər".

Xatırladaq ki, keçən il III ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 300-dən 250-yə endirildi.
I, II, IV qruplarda da keçid balı azaldıldı - 150-yə endirildi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.