Dövlət Neft Şirkətinin rəhbərliyində dəyişiklik gözlənilir. Bu şok qərarla bağlı DİA.AZ-a məlumat verən məlumatlı mənbələrin bilgisinə görə, Rövnəq Abdullayevə qarşı iqtidar daxilində davam edən təzyiqlər, onunla bağlı həyata keçirilən məxfi araşdırmalar nəhayətdə ARDNŞ şefi postunda dəyişikliyi gündəmə gətirib.
Mənbənin dia.az-a söylədikləri: «Rövnəq Abdullayevə qarşı çox ciddi faktlar toplanaraq hakimiyyətin ən üst düzəyinə təqdim olunub. Artıq ARDNŞ şefinin manevr imkanları, özünü müdafiə şansları da qalmayıb. Çünki ortaya dəlillər qoyulub və bu dəlillər Rövnəq Abdullayevin BÖYÜK XƏYANƏTİNDƏN xəbər verməkdədir».
Mənbəmiz bu «dəlillərin» detalları, incəlikləri ilə bağlı heç bir bilgi verməsə də, təxmin olunur ki, söhbət ARDNŞ şefinin ümumi düşərgədən böyük həcmdə pul gizlətməsindən gedir.
ARDNŞ şefi postunda dəyişikliklərin konkret zamanına gəlincə isə, mənbəmiz bu prosesin çox da ertələnməyəcəyi qənaətindədir: «Hər halda, belə şeylər nadir hallarda nadir şəxslərə bağışlanılır. Rövnəq Abdullayev isə əlahiddə fiqur deyil».