Alman mediası yenə də Ərdoğanı təhqir edib. Axar.az xəbər verir ki, Alman Dövlət televiziyası tərəfindən yayımlanan məşhur sənətçi Volfqanq Petrinin "Dəlilik" və "Cəhənnəmə, cəhənnəmə" adlı mahnısının sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana uyğunlaşdırılaraq klip hazırlanıb. Almaniyanın ”NDR” kanalının “Ərdoğan üçün bir musiqi” deyə təqdim etdiyi video klipdə Ərdoğanın Türkiyədə bu günə qədər etdiyi iddia olunan qanunsuz əməlləri, nisbətsiz gücü, insanlara etdiyi zülmü, ayrıseçkilik yaratması, əzab çəkən ailələrə laqeyd yanaşması bir sözlə bütün bu əməlləri obrazlı şəkildə təqdim edilib.
[media=https://www.youtube.com/watch?v=WmXsGYbAUNc]