Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı yüksəkliklərdən rayonun təmas xəttində yerləşən Alxanlı kəndini atəşə tutub. Kənd sakinlərinin verdiyi məlumata görə, qarşı tərəf əsasən iriçaplı silahlardan istifadə ediblər. Güllələrdən bir kənd sakini Vəliyət İsmayılovun həyətinə düşüb. Ev sahibləri əvvəlcə həyətə ildırım düşdünü güman ediblər. Səhər saatlarında hadisə yerinə gələn sakinlər həyətə iriçaplı güllənin düşdüyünü görüblər. Xoşbəxtlikdən hadisə zamanı ev sahiblərindən heç biri xəsarət almayıb. Qeyd edək ki, atışma təqribən saat 24:00 radələrindən başlayıb və gecə saat 2-yə qədər davam edib. Kənd sakinləri təhlükəsizlik üçün evlərdəki işıqları söndürmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, sakinlər arasında xəsarət alan yoxdur. Xatırladaq ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərmişdi